Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Çində pomidor “5G” texnologiyası ilə yetişdirilir

“Daoji Agriculture” şirkəti tərəfindən “ağıllı” əkinçilik texnologiyasının inkişafı proqramı çərçivəsində Çinin şərqində yaradılmış və beşinci nəsil (5G) texnologiyasını dəstəkləyən “ağıllı” istixanada ümumilikdə 18 pomidor çeşidi yetişdirilir.

Median.Az
“ictnews”a istinadla xəbər verir ki, Çinin Çjetszyan əyalətində yerləşən Vujen şəhərində 2019-cu ilin martında ilk “5G” baza stansiyaları istifadəyə verilib.

2019-cu ilin oktyabrın sonuna olan məlumata görə, Vujen şəhəri “China Mobile” operatorunun beşinci nəsil şəbəkəsi ilə tam əhatə olunub. Qeyd edək ki, bu şəhərdə hər il Ümumdünya İnternet Konfransı (“World Internet Conference”) keçirilir.
“SCMP” nəşrinə müsahibəsində “Daoji Agriculture”nin baş direktoru Donq Yonqze şirkətin “5G” istixana layihəsinə təxminən 1,4 milyon dollar investisiya qoyduğunu bildirib.

Yeni nəsil mobil rabitə 2800 pomidor kolunun yetişdirildiyi 32 kv.m-lik istixanada mükəmməl şəraitin yaradılmasına kömək edir. “China Mobile” şirkətinin “5G” şəbəkəsinə qoşulmuş sensorların köməyi ilə bitkilərin suvarılması və qidalı maddələrlə təmin edilməsi təşkil edilib. Real vaxt rejimində işləyən sensorlar, demək olar, hər bir şeyə nəzarət edir: temperatur, işıqlandırma, suvarma tezliyi, rütubət və gübrə verilməsi. “5G” texnologiyası sayəsində məlumatlar real vaxt rejimində idarəetmə sisteminə daxil olur və sonuncu daha sürətli rabitə sayəsində sazlamaları daha dəqiq tənzimləməklə bol məhsul əldə etməyə kömək edir.

Həmçinin istixanada “5G” şəbəkəsinə qoşulmuş zərərvericilərə və xəstəliklərə qarşı mübarizə sistemi işləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 410 29.10.19 23:59