Xalq artisti Röya Ayxan BDU-da konsert verdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Xalq artisti Röya Ayxan BDU-da konsert verdi - VİDEO
Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim ediblər.

Universitetdən Baku.ws-ə bildiriblər ki, BDU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan tədbirdə rektor Elçin Babayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, qazanılan uğurlar barədə məlumat verib.

Qonaqlar BDU-nun 100 illik yubileyi ərəfəsində universitetə dəvətə görə təşəkkürlərini bildiriblər.

Sonra müğənni Röya Ayxan bəstəkar Nailə Mirməmmədlinin bəstələdiyi mahnıları ifa edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          604 29.10.19 17:19