Yevlax rayon sakini Bakıda itkin düşüb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Rayonun Xanabad kəndində qeydiyyatda olan 1995-ci il təvəllüdlü Binnətov İlyas Aşır oğlu oktyabrın 25-də itkin düşüb. O, Nəsimi rayonu H.Seyidzadə küçəsi, ev 22 ünvanının qarşısında gecə saat 01:30-da yoxa çıxıb.
Bununla bağlı polisə onun qardaşı müraciət edib.
Faktla bağlı araşdırma aparılır.