İlham Əliyevdən Agentlik sədrinə: “Yolları elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |    

İlham Əliyevdən Agentlik sədrinə: “Yolları elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz” - VİDEO

Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?.

Median.Az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.

Ölkə başçısı qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.

Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.

“Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 295 29.10.19 12:20