Gəncədə iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın oxu.az-a istinadən xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində “VAZ 2106” markalı maşınla “Lada Priora” markalı avtomobilin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsi ağaca çırpılıb.
Qəza zamanı “Lada”da olan iki nəfər - 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu ölüb. Bir nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Vəfat edənlərin tələbə olduğu bildiirilir.
Faktla bağlı araşdırma aparılır.