Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Nizami rayonunda dostların yeyib-içmək məclisi qanlı başa çatdı
Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az xəbər verir ki, hadisə Qara Qarayev prospekti ev 136-nın qarşısında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Əzizov Vasif Tofiq oğlu dostu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o, dostları ilə məclisdə yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb.

Daha sonra dostu V.Əzizova çoxsaylı bıçaq xəsarəti yetirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          472 29.10.19 11:04