Bakıda orta yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda orta yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb
Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Ə.Əhmədov küçəsi 31 A ünvanında, “Günəş Petrol”un yaxınlığında baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Qasımov İsa İsmayıl oğlu naməlum şəxs tərəfindən mübahisə zəminində bıçaqlanıb.

O, döş qəfəsinin sol yarısının kəsilmiş, deşilmiş yaraları ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          529 28.10.19 21:59