MDB ölkələrinin müdafiə nazirləri Bakıya yığışacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


MDB ölkələrinin müdafiə nazirləri Bakıya yığışacaq
Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Median.Az
xəbər verir ki, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          515 28.10.19 21:16