Median.Az xəbər verir ki, oktyabrın 26-ı saat 14 radələrində Salyan rayonunun Xələc kəndi ərazisində, Biləsuvar rayon sakini Ağamşah Fətullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb.
Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.