Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda


Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR
Oktyabrın 30-da İtaliyada para taekvondo üzrə Avropa çempionatı keçiriləcək.

Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.

Bari şəhərinin altı min tamaşaçı tutumuna malik “PalaFlorio” idman arenasında keçiriləcək sayca VIII qitə çempionatında ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, -61 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, -75 kq), Vüqar Adışirinov (K44, +75 kq), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) təmsil edəcək.

Qeyd edək ki, bu yarışda 239 atlet (bunların 69-u qadınlardır) iştirak edəcək. Avropa çempionatı açıq xarakter daşıdığından, başqa qitələrdən də idmançılar mübarizə apara biləcək. Belə ki, bu atletlər 25 Avropa və 21 başqa qitə ölkələrini təmsil edəcək.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          630 28.10.19 17:15