Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən pul, mobil telefon, 1 cüt qızıl sırğa və maqnitofon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bayramov saxlanılıb.
ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.