İlham Əliyev Qəbələdə - YENİLƏNİB + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     17:38 Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO  |     16:38 Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO  |    

İlham Əliyev Qəbələdə - YENİLƏNİB + FOTO

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

* * * *

Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

* * * *

Oktyabrın 28-də Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

* * * *

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

* * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.

* * * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Məlumat verildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Parkında əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.









скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 225 28.10.19 13:14