Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb.
Şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev oxu.az-a bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür.
“Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş “Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, – E.Qocayev deyib.
/oxu.az/