“Qarabağ”ın rəqibi yenə qələbə qazandı və “Real”ı turnir cədvəlində keçdi – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Qarabağ”ın rəqibi yenə qələbə qazandı və “Real”ı turnir cədvəlində keçdi – VİDEO
İspaniya çempionatının 10-cu tur qarşılaşmasında “Sevilya” öz meydanında “Hetafe” üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

Hər iki top oyunun ikinci yarısında vurulub.

Əvvəlcə 69-cu dəqiqədə Xavyer Hernandes fərqlənib, sonra isə Lukas Okampos (78 dəq) ikinci topu vurub.

Beləliklə “Sevilya” 19 xal toplayaraq turnir cədvəlində 5-ci yerə qalxıb və Madridin “Real” klubunu qabaqlayıb.

Xatırladaq ki, Avropa Liqası çərçivəsində “Sevilya” Ağdamın “Qarabağ” klubu ilə bir qrupda oynayır. Rəqiblərin ikinci görüşü düz bir aydan sonra baş tutacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          670 28.10.19 11:40