Dünyanın ən varlı insanı bir gecəyə 6,9 milyard dollar itirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Dünyanın ən varlı insanı bir gecəyə 6,9 milyard dollar itirdi

"Forbes" jurnalının dünyanın ən varlı insanlarının illik reytinqində lider olan "Amazon" təsisçisi və rəhbəri Ceff Bezos şirkətin kotirovkalarının ucuzlaşması səbəbindən 6,9 milyard dollar itki ilə üzləşib.
Median.Az
ICTnews-a istinadən xəbər verir ki, "Amazon" oktyabrın 24-də üçüncü rübdə mənfəət üzrə hesabat təqdim edib, lakin göstəricilərin proqnozlardan pis olması nəticəsində şirkətin səhmlərinin dəyəri 9 faiz ucuzlaşıb. Şirkətin səhmlərinin 57,6 milyonu C.Bezosa məxsusdur.

Qeyd olunur ki, kotirovkaların ucuzlaşması davam edəcəyi təqdirdə C.Bezos ən varlı insanlar siyahısında birinciliyi "Microsoft" korporasiyasının yaradıcısı Bill Qeytsə verə bilər.
Bir müddət əvvəl "Forbes" nəşri C.Bezosun sərvətini 114 milyard dollar dəyərində qiymətləndirib. Bu göstərici 2018-ci ildə 160 milyard dollar təşkil edib. Onun maliyyə itkiləri həyat yoldaşı Makkenzi Bezos ilə boşanma prosesinin başa çatması ilə əlaqədardır. Jurnal qeyd edir ki, bu, tarixə dünyanın ən bahalı boşanması kimi daxil olub. Keçmiş həyat yoldaşı C.Bezosun "Amazon" şirkətindəki payının dörddə bir hissəsinə sahib çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 233 26.10.19 22:31