Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan cüdoçuları Abu Dabidə daha 2 medal qazanıblar

26.10.2019 21:54 2 788
Azərbaycan cüdoçuları Abu Dabidə daha 2 medal qazanıblar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.

- 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada Koreya təmsilçisi Ço Quhama uduzan təmsilçimiz "Böyük Dəbilqə"nin gümüş medalına sahib olub.

Ağır çəkidə (+100 kq) mübarizə aparan cüdoçumuz Uşangi Kokauri Abu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə qalib gələrək bürünc medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları Abu Dabidə 3 medal qazanıblar. Nüfuzlu yarışın ilk günü Orxan Səfərov gümüş medala sahib olmuşdu. Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb.

Son xəbərlər