Malayziyanın baş naziri Greentech kompleksini ziyarət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Malayziyanın baş naziri Greentech kompleksini ziyarət etdi

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakını ziyarət edən Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Greentech Müasir İstixana Kompleksinə baş çəkib.

Qonağı qarşılayan “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Tahir Gözəl ona burada yetişdirilən məhsullar barədə məlumat verib. O, qonaqlara Greentech istixana kompleksinin açılış mərasiminin 2011-ci ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə həyata keçirildiyini bildirib. Burada yetişdirilən məhsulların keyfiyyətinə nəzarətin bütün “Azərsun Holdinq” müəssisələrində olduğu kimi ən yüksək səviyyədə təmin edildiyi vurğulanıb. Malayziyanın baş nazirinə burada yaradılmış müasir istixana sisteminin dünya standartlarına cavab verdiyi bildirilib.

Ziyarət çərçivəsində Tahir Gözəl Mahathir Bin Mohamad və deleqasiya üzvlərini Greentech İstixana Kompleksində yetişdirilən
məhsullardan dadmağa dəvət edib.

“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü burada müxtəlif növ xiyar, pomidor, badımcan, bibər, və digər tərəvəzlərin yetişdirildiyini və Azərbaycanla bərabər, Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac olunduğunu söyləyib.
Qeyd edək ki, Greentech İstixana Kompleksi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq insanların

işlə təmin olunmasına mühüm töhfə verir, Binə qəsəbəsi və ətraf ərazilərdən olan yüzlərlə sakinin işlə təmin olunmasına şərait yaradır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 198 26.10.19 19:00