Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki oyun zalından 8 ədəd televizor, 8 ədəd oyun aparatı, 1 ədəd noutbuk və məişət əşyaları oğurlayan şəhər sakinləri X.İsgəndərov, E.Cəbiyev və D.Hüseynov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.