Azərbaycanda deputatın istirahət mərkəzində ölüm » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |    

Azərbaycanda deputatın istirahət mərkəzində ölüm

Lənkəran rayonunda ölüm hadisəsi baş verib.

Hadisə “Palıdlı Sahil” istirahət mərkəzində qeydə alınıb.

Qubadlı rayonunda doğulan, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvvəlüdlü Ağayev Elbrus Əsgər oğlunun oktyabrın 25-də səhər saat 9-da vanna otağından meyiti tapılıb.

Meyitin müayinəsi zamanı onun bədənində hər hansı xəsarət izi aşkarlanmayıb. Meyit daxili müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin “MTE və PA ETT” Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təqdim olunub.

İlkin araşdırma zamanı məlum olub ki, E.Ağayev istirahət mərkəzinin birinci mərtəbəsində yerləşən vanna otağında yod-brom vannası qəbul edərkən qəfilətən vəziyyəti pisləşib və orada ölüb.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Arqument.az saytı “Palıdlı Sahil” istirahət mərkəzinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə aid olduğunu yazıb.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 233 26.10.19 15:39