Karateçilərimiz uzaq Çilidəki dünya çempionatında dörd medal qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Karateçilərimiz uzaq Çilidəki dünya çempionatında dörd medal qazandı
Çilinin paytaxtı Santyaqoda karate üzrə yeniyetmələr, gənclər və 21 yaşadək idmançıların XI dünya çempionatının üçüncü yarış günü millimiz dörd medal qazanıb.

16-18 yaşlı karateçilərdən ibarət milli komandamızın üzvlərindən Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub.

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          679 26.10.19 14:19