Mehriban Əliyevadan Zirvə Görüşü paylaşımı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Mehriban Əliyevadan Zirvə Görüşü paylaşımı - FOTO
Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də Heydər Əliyev Mərkəzində olublar.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.

Qonaqlarla görüşən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qoşulmama Hərəkatının əhəmiyyətinə toxunaraq qeyd edib:

“İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdə iki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir”.скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          699 26.10.19 13:55