Median.Az xəbər verir ki, oktyabrın 22-də Binəqədi RPİ 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Şəmirov, bu il sentyabrın 4-dən 25-dək olan müddətdə işlədiyi mağazadan 8000 manat pulunun oğurlanmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsindən oğurluğu törədən Yevlax rayon sakini T.Ağazadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.