Rusiya XİN rəsmisindən Bakıda sərt - BƏYANAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

Rusiya XİN rəsmisindən Bakıda sərt - BƏYANAT

Öz dominantlığını qorumaq üçün bir qrup ölkə və transmilli korporasiyalar öz qeyri-bərabər və eqoist yanaşmalarını, ikili standartlarını utanmazcasına demokratiyanın ali ideyaları, liberalizm adı altında gizlədir.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Verşinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə deyib.

Onun sözlərinə görə, bu hərəkətlərinə haqq qazandırmaq üçün beynəlxalq birliyə özlərinin qaydalarına əsaslanan dünya düzəni konsepsiyası sırıyırlar.

“Bu cür qaydalar BMT-nin nizamnaməsini, beynəlxalq hüquq normalarını rədd edir, konfrontasiya və bloklar arasında qarşıdurma dövrünə yol açır. Gündəlik olaraq ölkələrin daxili işlərinə qarışmamaq prinsipləri pozulur.

Qoşulmama Hərəkatına üzv olan və öz sosial-iqtisadi inkişaf modelini seçməyə cəhd edən bir sıra ölkələr xaricdən olan aqressiv siyasətdən əziyyət çəkir. Dünya hələ də rəsmi Vaşinqton və onun tərəfdaşlarının İraqa, Suriyaya, Liviyaya qanunsuz hərbi müdaxiləsindən özünə gələ bilmir”.

S.Verşinin bildirib ki, bu gün Venesuelada qanuni hakimiyyətin sarsıdılması və devrilməsinə dair açıq şəkildə yürüdülən siyasəti görmək mümkündür.

“Birləşmiş Ştatların Venesuelaya qarşı münasibəti Qoşulmama Hərəkatına üzv ölkələrin qətiyyətli qınağına layiqdir. Hərbi şantaj və sanksiyalar yolu daxil olmaqla, suveren ölkələrin hakimiyyətlərinin xaricdən dəyişdirilməsi cəhdləri tamamilə qəbuledilməzdir. Biz bunu BMT-nin çoxsaylı qətnamələrinə baxmayaraq, Kubaya qarşı tətbiq olunduğunu görürük”.

XİN rəsmisi əlavə edib ki, Fələstin probleminə də toxunmamaq mümkün deyil.

“Bu problemin ədalətli həlli bütün Yaxın Şərq regionunda vəziyyətin yaxşılaşması üçün olduqca əhəmiyyətlidir. Bu münaqişənin nizamlanması prosesinin monopoliyaya alınması yaxşı bir nəticəyə gətirib çıxarmayacaq. Bu gün BMT qətnamələri və “Ərəb sülh təşəbbüsü” əsasında danışıqlara dair beynəlxalq birliyin konsolidasiyasına ehtiyac var.

Rusiya Qoşulmama Hərəkatı, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq da daxil olmaqla, bu prosesə öz töhfəsini verməyə davam edəcək. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyindən çıxış edirik.

Avropa koloniya imperiyaları hələ də dəniz ərazilərini və adaları nəzarət altında saxlayır. Özlərini müstəqil ölkələrə qarşı yalnız onların təbii və insan resurslarının istifadəsində maraqlı olan metropol kimi aparırlar.

Rusiya bu cür yanaşmaları rədd edir. Rusiya Qoşulmama Hərəkatına üzv olan ölkələrlə münasibətləri onların suverenliyinə hörmət və öz gələcəklərini özlərinin təyin edə biləcəyi prinsiplərinə əsasən qurur. Biz bundan sonra da beynəlxalq sabitlik, xalqlarımız və ölkələrimiz, dünya birliyinin maraqların naminə Qoşulmama Hərəkatına üzv ölkələri ilə əməkdaşlığı genişləndirməyə hazırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 100 25.10.19 21:33