Median.Az xəbər verir ki, oktyabrın 24-ü saat 13 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində, Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili yol ayırıcısına vurub və aşıb.
Nəticədə sərnişin Kamran Qasımov hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.