Median.Az xəbər verir ki, oktyabrın 24-ü gecə saat 1 radələrində Buzovna qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini R.Hacıyeva vurulub.
Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsi (BPİ) Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.
Araşdırma aparılır.