Median.Az xəbər verir ki, oktyabrın 23-ü saat 22 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisində, Quba rayon sakini Şöhrət Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə 30-35 yaşlı kişini vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.