Həsən Ruhani söz verdi: "İran Azərbaycanın yanında olacaq" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Həsən Ruhani söz verdi: "İran Azərbaycanın yanında olacaq"

"İran Azərbaycanın yanında olub və olacaq".

Median.Az
xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

"Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir.

Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq", - deyə o qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            880 24.10.19 22:19