Qiblə mübahisəsinə görə axund qardaşını güllələyən şəxsə hökm oxunub (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qiblə mübahisəsinə görə axund qardaşını güllələyən şəxsə hökm oxunub (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Hüseybala Şamilovun (1972-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma, saxlama və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Hüseynbala Şamilov Zabrat qəsəbəsində yerləşən “İmam Zaman” məscidində 2015-ci ildə qiblənin istiqamətinin kompasla yoxlayan zaman istiqamətin düzgün olmadığını araşdırıb, bununla bağlı məscidin axundu, qardaşı Kamran Şamilova iradını bildirib.

Şamilovun bundan sonra ayrı-ayrı vaxtlarda, eləcə də 2019-cu il martın 31-dək dəfələrlə onu insanlar arasında nalayiq ifadələrlə təhqir edib, məscidə buraxmamasını öz şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib. Kamran Şamilovu öldürməyi planlaşdıran

Hüsenbala həmin gün saat 16 radələrində Kamranını yaşadığı Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 36 ünvanının qarşısına gəlib və sonuncunu “Azsamand” markalı avtomobildə oturduğunu görüb. Qisas niyyəti ilə 2016-cı ilidən istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi odlu silah hesab olunan tüfəng kəsiyinə 2 ədəd 16 kalibrli patronu yerləşdirib. Sürücü tərəfdən yaxınlaşaraq silahı Kamran Şamilova tuşlayaraq, sinə və qarın nahiyələrindən atəş açıb. Aldığı ağır yaralardan zərərçəkmiş hadisə yerində vəfat edib.

Həmin tarixdə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan “J.P SAUER & SOHN” modelli, lülələri və qundağı kustar üsulla kəsilib qısaldıllmış tüfəng kəsiyi götüürülüb.

Məhkəmə prosesində Hüsenbala Şamilov ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 568 24.10.19 19:21