Hərbçilərin Dünya Oyunlarında güləşçilərimizin medallarının əyarı bilindi - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Hərbçilərin Dünya Oyunlarında güləşçilərimizin medallarının əyarı bilindi - YENİLƏNİB

Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycanın yunan-Roma güləşində medalının əyarı müəyyənləşib.

2010-cu ilin dünya və Avropa çempionumuz, I Avropa Oyunlarının mükafatçısı Həsən Əliyev (-77 kq) finalda iranlı Pecman Poştamla qarşılaşıb.

Ötən il Ukraynanın paytaxtı Kiyevdə keçirilmiş beynəlxalq turnirin 1/4 finalında 2:4 hesabı ilə uduzduğu asiyalı rəqibinə bu dəfə də məğlub olub – 1:2. Bununla da Həsən Əliyev gümüş medalla kifayətlənib.

2011-ci ilin Avropa çempionu, son dünya çempionatının ikincisi, I Avropa Oyunlarının və IV İslam Həmrəylik Oyunlarının mükafatçısı Rafiq Hüseynov (-87 kq) Viktor Lörinçlə qarşılaşıb. Rafiq üçqat dünya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının bürünc medalçısı olan rəqibinə 1:4 hesabı ilə uduzub.

Beləliklə, güləşçilərimiz Dünya Oyunlarını iki gümüş və bir bürünc medalla başa vurub.

* * * *

Çinin Uxan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunları davam edir.


Bu gün iki yunan-Roma güləşi üzrə idmançımız mübarizəyə qoşulub.

Həsən Əliyev (-77 kq) 1/8 finalda erməni Varujan Qriqoryana gücünü göstərib – 5:0. Həmyerlimiz 1/4 finalda ukraynalı Dmitri Pişkova aman verməyib – 7:1. Pəhləvanımız yarımfinalda 2017-ci ildə dünya çempionu olmuş serb Viktor Nemeşə 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. Həsən finalda iranlı Peyman Poştamla qarşılaşacaq.

Rafiq Hüseynov (-87 kq) isə əvvəlcə ukraynalı Aleksandr Şişmanı 2:1 hesabıyla məğlub edib. Pəhləvanımız 1/4 finalda cənubi koreyalı Sanqyeok Parkı üstələyib – 5:1. Rafiq yarımfinalda dörd il əvvəl Bakıda keçirilmiş ilk Avropa Oyunlarının finalında uduzduğu Yevgeni Saleyevlə qarşılaşıb. Rusiyalı rəqibinə ilk hissədə “tuşe” ilə qalib gələn Hüseynov adını finala yazdırıb. Güləşçimiz finalda macar Viktor Lörinçlə qarşılaşacaq.

Qeyd edək ki, dünən digər yunan-Roma güləşi üzrə idmançımız Mikayıl Rəhmanov (-67 kq) bürünc medal qazanıb. Ümumilikdə Azərbaycan ikisi cüdo idman növündə olmaqla üç bürünc medalı aktivinə yazdıra bilib. İki güləşçimizin finala çıxması ilə isə medallarımızın sayı beşə çatıb.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 919 24.10.19 16:45