AFFA millinin bir neçə futbolçusunu cərimələdi – Siqaret çəkdiklərinə görə » Median.Az - Bütün xəbərlər bir ünvanda


AFFA millinin bir neçə futbolçusunu cərimələdi – Siqaret çəkdiklərinə görə
AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının bir neçə futbolçusunu cərimələyib.

Həmin futbolçuların yarış zamanı siqaret çəkdikləri məşqçi heyəti tərəfindən müəyyən olunub.

Hadisə U-19 komandaları arasında Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində baş verib.

Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən AFFA tərəfindən həmin futbolçular cərimələnib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.

İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərar baş məşqçi tərəfindən veriləcək.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          504 24.10.19 11:52