Median.Az xəbər verir ki, oktyabrın 23-ü gecə saat 1 radələrində Sabunçu qəsəbəsində, Maştağa qəsəbə sakini Y.Mürşüdov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmyerlisi Rüfan Bağırovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu RPİ-də faktla bağlı araşdırma aparılır.