Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul Əziz Əl-Saud yeni xarici işlər naziri təyin edib.
Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, kralın fərmanı ilə İbrahim əl-Asəf həmin vəzifədən kənarlaşdırılıb. Səudiyyə Ərəbistanı XİN başçısı vəzifəsi Feysal ibn Fərhan ibn Abdullaha tapşırılıb.