Mingəçevir su anbarında qanunsuz ov alətləri müəyyən olunaraq sahilə çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Mingəçevir su anbarında qanunsuz ov alətləri müəyyən olunaraq sahilə çıxarılıb

8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi Mingəçevir polis xətt məntəqəsi ilə birgə təşkil etdiyi reyd Mingəçevir su anbarında keçirilib. Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirkçıları xüsusi qayıqlarda əraziyə baxış keçirib.

Reyd ərzində hövzənin bir sıra istiqamətlərində, həmçinin sahil zolağına yaxın ərazilərdə xeyli miqdarda sintetik torlar aşkar edilib. Torlar və qanunsuz ov alətləri suda istifadə olunan halda və sahildə qurulmağa hazır vəziyyətdə müəyyən olunub. Torlar balıqlarla və balıqsız şəkildə sudan çıxarılaraq sahilə toplanıb. 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Samir Abdullayev bildirib ki, reyd ərzində 5 min metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri yığışdırılaraq aidiyyati məntəqəyə daşınıb.

Onun sözlərinə görə, qanunsuz ov alətlərindən istifadə halları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. İdarə nümayəndəsi onu da bildirib ki, başlanılan birgə reydlər növbəti günlərdə də davam etdiriləcək.

Qeyd edək ki, reyddə FHN nümayəndələri də iştirak edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 107 23.10.19 21:50