Ağstafa sakini ehtiyatsızlıqdan başından xəsarət alıb.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Süleymanov Elşən Bəxtiyar oğlu təsərrüfat işləri görən zaman başına dəmir parçası düşüb. Başından xəsarət alan E.Süleymanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.