Gədəbəy sakini qaynar sudan yanıb. 1996 cı il təvəllüdlü Hüseynov Elməddin Ramazan oğlu yanıq xəsarətləri ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.
Hələlik adı açıqlanmayan qadın 23 yaşlı şəxsin üzərinə qaynayan samovarı aşırıb. Nəticədə sonuncunun üz nahiyyəsinin yandığı, yaralının 2-ci dərəcəli ağır yanıq xəsarətləri aldığı bildirlir.
Hələlik qadının hansı səbəbdən bu hadisəni etdiyi açıqlanmır.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma başlanılıb.
/Baku.ws/