Millimizin futbolçusu Almaniya klubunun tarixinə düşdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Millimizin futbolçusu Almaniya klubunun tarixinə düşdü

Milli komandamızın futbolçusu Dmitri Nəzərov Almaniyanın “Ertsqebirqe” klubunun tarixinə düşüb.

29 yaşlı yarımmüdafiəçi komandasının heyətində penaltidən ən çox qol vuran futbolçu adına yiyələnib.

2-ci Bundesliqanın son turunda “Ertsqebirqe”nin “Nürnberq” üzərində 4:3 hesablı qələbəsində bir qolla pay sahibi olan Nəzərov komandasının heyətində 11-ci dəfə penaltidən fərqlənib. 12 belə imkan qazanan futbolçu yalnız bir dəfə imkanı qaçırıb.

Bununla da Nəzərov 2003-2008-ci illərdə penaltidən 10 qol vuran Yorq Emerixin rekordunu yeniləyib. Azərbaycan yığmasının futbolçusu rekord vurmasına münasibət bildirib:

“Klub tarixinin rekorduna imza atdığım üçün şadam. Oyundan sonra ünvanımıza deyiləcək xoş sözlər üçün darıxmışdım. Qarşılaşmanın ilk yarısında cərimə meydanında təhlükəli vəziyyətlər az idi. Oyunun sonluğu inanılmaz oldu. Penalti epizoduna gəlincə, hakimin orada düzgün qərar verib-verməməyini deyə bilmərəm”.

Qeyd edək ki, Dmitri Nəzərov 62-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı 1:1 edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 402 23.10.19 14:23