Ərdoğanla Putin Suriya məsələsində anlaşdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |    

Ərdoğanla Putin Suriya məsələsində anlaşdı

Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Suriya məsələlərini müzakirə etmək üçün Rusiyaya səfər edib.

Onun Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü 6 saata qədər davam edib.

Görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tarixi bir razılaşmaya imza atdıqlarını deyib. O qeyd edib ki, 23 oktyabrdan başlayaraq 150 saat ərzində bölgədəki bütün YPG terrorçuları ərazidən çıxarılacaq.

“Türkiyə Prezidentinə dəvəti qəbul edib gəldiyi üçün təşəkkür edirəm. Fərat çayının şərqi barədə müzakirələr aparmaq üçün geniş heyətlə buraya gəldi. Cənab Ərdoğan Türkiyənin məqsədləri barədə bizi məlumatlandırdı. Biz Türkiyənin milli təhlükəsizliyi ilə bağlı atdığı addımları anlayışla qarşılayırıq. Bizə görə, bölücü ünsürlər və anlaşmazlıqlar sünii şəkildə böyüdülürdü. Önəmli olan İŞİD kimi terror ünsürlərinin bu vəziyyətdən istifadə etməməsidir” – deyə, Rusiya Prezidenti Vladimir Putin görüş barədə açıqlama verib.

“Bu günki görüşmədə əsas müzakirə mövzusu Suriya idi. Suriyada sabit vəziyyətin bərqərar edilməsi üçün ciddi səylər göstərdik. Bundan sonra da daha yaxşı nəticələr üçün çalışacağıq. Həm rus dostlarımızın narahatlıqlarını aradan qaldırmaq, həm də bölgədə təhlükəsizliyi təmin etmək üçün çalışmalarımızı davam etdirəcəyik. Suriyadakı fəaliyyətimiz barədə Putinə geniş məlumat verdim. Əməliyyatlarımızda əsas məqsəd PKK/YPG terrorçularını bölgədən çıxarmaq və miqrantları oraya geri qaytarmaqdır. Heç bir halda Suriyanın ərazi bütövlüyündə gözümüz yoxdur. Bir müddətdir terrorla mübarizə apran Suriya Türkiyənin səyləri ilə yenidən normal vəziyyətə qayıtdı. Bunu Suriyanın digər bölgələrinə də yaymaq istəyirik. Beynəlxalq dəstək ilə buna nail olacağıq” – deyə, Ərdoğan bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 035 22.10.19 23:25