Mojo.az Banner
22:44 Nazirlik hərbi hissələrdə odundan imtina edir  |     22:38 “Azərbaycan Nəşriyyatı” bağlandı  |     22:30 İcra hakimiyyətləri ləğv olunur? — Deputat açıqladı  |     22:25 Hindistanda partlayış: 18 nəfər öldü  |     22:19 Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar  |     22:16 1980-ci illərdə minlərlə insanın ölümünə səbəb olmuş vulkan yenidən oyanır  |     22:07 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     21:57 Gəncədə QƏZA: xəsarət alanlar var  |     21:49 Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib  |     21:29 "Avroviziya"da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək  |     21:16 Səudiyyə Ərəbistanından diqqət çəkən addım: Dəvələrin pasportu olacaq  |     21:02 Hərbi Prokurorluqda yeni TƏYİNAT  |     20:45 DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirdi  |     20:33 Tramp: "İlham Əliyev və Paşinyan yaxşı liderlərdir"  |     20:27 Ömürlük azadlıqdan məhrum edilən ermənilər cəzalarını harada çəkəcəklər?  |     20:24 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     20:06 Bakıda 15 yaşlı qız anasına görə atasını öldürdü  |     20:01 Dünyaca məşhur amerikalı heykəltəraşlar Heydər Əliyev Mərkəzindən yazdı  |     19:55 Mingəçevirdə çörək zavodunun əməkdaşı iş yerində öldü  |     19:31 Bakıda cərrah vəfat etdi  |    
Left Banner
Right Banner

Prezident qanunsuz tikililərdən danışdı: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”

22.10.2019 22:12 2 115
Prezident qanunsuz tikililərdən danışdı: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”
Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir.

Median.Az
xəbər verir ki, bu fikirləri dövlət başçısı İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən səsləndirib.

Prezident qeyd edib ki, bu vəzifəni doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirib:

“Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən, infrastruktura və sosial infrastruktura böyük yükdür.

Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik”.скачать dle 11.3