“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Formula 1” Azərbaycan Qran-Prisinin biletləri neçəyədir? - QİYMƏT
“Formula 1” Azərbaycan Qran-Prisinin qiymətləri açıqlanıb.

Oxu.Az-a verilən xəbərə görə, yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dörd günlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir.

Dörd günlük biletlərə tətbiq olunan 20%-lik endirim kampaniyasından əlavə, 2-15 yaş arasında olan uşaqlar üçün xüsusi endirimlər təqdim olunacaq. Belə ki, azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Azyaşlılar üçün dörd günlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılacaq.

Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan bir günlük biletlərə 20%-lik endirim şamil olunmayacaq və bu biletlər tam qiymətlə satılacaq. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri 110-190 manat aralığındadır.

Qeyd edək ki, Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan əcnəbilər biletləri 22 oktyabr – 15 yanvar tarixləri aralığında alarsa, 25%-lik endirimlə üzləşəcək. Onu da bildirək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən vəsiqələrin təqdim edilməsi tələb oluna bilər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          529 22.10.19 19:30