Oğlu ilə birlikdə ərini öldürən qadın: Elə bilirdim, ancaq kişiləri həbs edirlər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Oğlu ilə birlikdə ərini öldürən qadın: Elə bilirdim, ancaq kişiləri həbs edirlər - VİDEO
Gülüş Fətəliyeva həbsxanada övladı ilə yaşayan qadınlardan sadəcə biridir.

Bir yaşlı körpəsi yanında olsa da, digər övladlarına 2 ildir həsrət qalıb. Gülüş xanım oğlunu döydüyü üçün ərinin birinci nikahdan olan arvadını öldürüb. Həmin anı isə belə xatırlayır:

"Yoldaşımın birinci arvadı oğlumu döydü, mən də vurdum. Peşmanam, indi tək təsəllim 1 yaşlı oğlumdur. Uşaqlarım üçün çox darıxıram. Qızım məktəbdə həbsxanada olduğumu deyib. Qızıma dedim, de ki, anan xəstəxanadadır”.

Oğlu ilə birlikdə həyat yoldaşını qətlə yetirən Şamama Seyidova isə 15 il müddətinə azadlıqdan məhrum edilib. O yaşadıqlarını belə şərh edir:

"Elə bilirdim kişiləri tuturlar, qadınları yox. Oğlum tüfənglə atasını vurub, mən də həyətdə basdırmışam. 1 ildən sonra Novruz bayramında üstündə şam yandırmışam, tonqal qalamışam. Qonşularım satdı məni, yoxsa heç kim şübhələnməmişdi.”

Narkotik audəçisi olan Şəfiqə Telmanqızı isə 5 illik cəzaya məhkum olub. Burada sevindiyi tək məqam isə narkotikdən uzaqlaşması olub:

"Ağlıma gəlməzdi ki, tutularam. Tutulmağı qoy qırağa, narkotikə bağlı olaram”.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 509 22.10.19 14:54