“Formula 1”in Bakı konsertləri ilk dəfə açıq havada keçiriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Formula 1”in Bakı konsertləri ilk dəfə açıq havada keçiriləcək
“Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı bu il keçiriləcək konsert proqramları ilk dəfə qapalı məkanda keçirilməyəcək.

Median.Az
xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib:

“Üç günlük konsert proqramımız ilk dəfə açıq havada keçiriləcək”.

Daha sonra o, yeni sponsorla bağlı danışıqlardan bəhs edib:

“SOCAR-la anlaşmamız bir illik idi. Onlarla müqaviləmiz başa çatıb. Sentyabrdan yeni titul sponsoru üçün şirkətlərlə danışıqlara başlamışıq. Builki Qran-Pri üçün sponsorumuz ola da bilər, olmaya da”.

Qeyd edək ki, bundan əvvəl “Formula 1” Azərbaycan Qran-Prisinin konsertləri “Bakı Kristal Holl”da keçirilirdi.//oxu.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          428 22.10.19 12:42