Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |    

Üç azərbaycanlını öldürən şəxs ələ keçdi: 17 il sonra

Rusiyada 2002-ci ildə üç azərbaycanlının öldürülməsi ilə bağlı cinayətin üstü açılıb.

“Moskovskiy komsomolets” xəbər verir ki, qətli törədən şəxs Penzdə ələ keçib.

Məlumata görə, saxlanılan şəxs o zaman “problemlərin güc vasitəsilə” həlli ilə məşğul olurmuş. Bunun üçün o, üzərində tapança gəzdirirmiş.

2002-ci il iyunun 2-də o, üç azərbaycanlının yaşadığı evə gəlib. Saxlanılan şəxs mübahisənin hansı səbəbdən baş verdiyini xatırlamadığını deyib.

Ancaq mübahisədən sonra azərbaycanlılar onu şəhərdən qovublar. Bundan xoşu gəlməyən 33 yaşlı Leninqrad sakini onlardan qisas almaq qərarına gəlib.

Onlarla yenidən görüşən şəxs üzərində gətirdiyi silahdan yeddi dəfə atəş açıb. Azərbaycanlılardan biri hadisə yerində, digər ikisi xəstəxanada ölüb.

Hadisədən sonra sənədlərini dəyişən şəxs Rusiyanın regionlarını və dünya ölkələrini gəzməyə başlayıb. Sonuncu dəfə Penzdə polis tərəfindən saxlanılan şəxs əməlini etiraf edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            907 22.10.19 11:49