Bakıda yaddaş pozuntusu olan kişi itkin düşüb.
Median.Az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Oktyabrın 18-də saat 14:20-də 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı polisə onun qızı müraciət edib. O bildirib ki, atası yaddaş pozğunluğundan əziyyət çəkir.
Faktla bağlı araşdırma aparılır.//oxu.az