Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |    

Prezident İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDBMİ-nin 75 illiyi münasibətilə təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məktubda deyilir: "Hörmətli Anatoli Vasilyeviç, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun (Universitetinin) 75 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Diplomatik kadrların unikal ocağı olan MDBMİ böyük və şanlı yol keçib. Bu gün MDBMİ haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır və həqiqətən də dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından biridir.

Onun divarları arasından dövlət və ictimai xadimlərin, siyasətçi, alim, yüksəkixtisaslı mütəxəssislərin parlaq pleyadası çıxıb. Təhsil illərində əldə edilən dərin biliklər, geniş dünyagörüşü, peşə bacarığı və vərdişləri MDBMİ məzunlarının təkcə öz vətənində deyil, həm də bütün dünyada hörmət və nüfuz sahibi olmalarına imkan verir.

Mənə çox xoşdur ki, MDBMİ mənim üçün də alma-materdir. Mən tələbəlik illərimi həmişə xüsusi minnətdarlıq və səmimiyyətlə xatırlayıram və MDBMİ-nin məzunu adını qürurla daşıyıram.

Əminəm ki, tədris prosesinin yüksək səviyyədə təşkili və pedaqoji heyətin təcrübəsi sayəsində MDBMİ müasir dünyanın tələblərinə cavab verən kadrların hazırlanması üçün öz sarsılmaz ənənələrinə bundan sonra da sadiq qalacaq.

Hörmətli Anatoli Vasilyeviç, Sizə, MDBMİ-nin bütün müəllim və tələbələrinə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvəffəqiyyət arzu edirəm və ən xoş arzularımı yetirirəm".

MDBMİ-nin rektoru Anatoli Torkunov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yüksək qiymətləndirir. O deyib: "Azərbaycan Prezidentinin təbrik sözləri bizim üçün hədiyyədir. Çoxumuz onu şəxsən tanıyırıq. Onu gözəl insan kimi tanıyırıq. O, nəinki burada təhsil alıb, həm də 5 il MDBMİ-də işləyib. Biz onun səmimi münasibətini qoruyub saxlamasını və universiteti daim xatırlamasını yüksək qiymətləndiririk. Ümumi yubileyimiz münasibətilə ona xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm!"

Səfir P.Bülbüloğlu təntənəli tədbirdə MDBMİ-nin rektoru Anatoli Torkunova "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi" medalını da təqdim edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 142 21.10.19 23:20