Sumqayıtda iki avtomobil toqquşub » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sumqayıtda iki avtomobil toqquşub
Sumqayıt şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev adına parkın yaxınlığında - 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, "90-ZX-214" dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil hərəkətdə olan "90-NG-578" dövlət nömrə nişanlı, "Mercedes" markalı maşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          410 21.10.19 22:40