Ehsan Zahidov: "Tofiq Yaqublu DİN-in Hospitalında müayinədən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |    

Ehsan Zahidov: "Tofiq Yaqublu DİN-in Hospitalında müayinədən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib"

“Hazırda inzibati həbsdə olan Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib”.

Bunu Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin onun vəziyyəti ilə bağlı sosial şəbəkələrdə yayılmış açıqlamasına dair APA-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər:

“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.

Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            826 21.10.19 20:25