“Jiquli”nin vurduğu velosipedçi su kanalına düşüb öldü - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Jiquli”nin vurduğu velosipedçi su kanalına düşüb öldü - FOTO
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Yuxarı Şirvan kanalının kənarındakı yolda hərəkətdə olarkən velosipedlə qəflətən onun qarşısına çıxan Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub.

Zərbənin təsirindən Əlibala Məmmədov velosipedi ilə birgə yoldan çıxaraq kanala düşüb. Köməksiz vəziyyətdə qalan Ə.Məmmədov üzməyi bacarmadığı üçün kanaldan çıxa bilməyib və suda boğularaq ölüb.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          451 21.10.19 19:40