Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Qənirə Paşayeva: Radikal müxalifət tərəfdarları vəziyyəti gərginləşdirməyə cəhd edirlər

21.10.2019 15:10 1 744
Qənirə Paşayeva: Radikal müxalifət tərəfdarları vəziyyəti gərginləşdirməyə cəhd edirlər
Qənirə Paşayeva, Deputat

İcazəsiz keçirilən küçə yürüşü, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışlar edilməsi kimi addımlar atan bəzi radikal müxalif qüvvələrin bunu Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda, Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı verdiyi sərt bəyanatlardan,Türk Şurasının möhtşəm zirvə toplantısında verdiyi önəmli məsajlardan, cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf etməsi əslində təsadüf kimi görünmür.

Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb və daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Siyasi düşüncələrimizdən asılı olmayaraq bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Düşməninin dəyirmanına su tökən addımlardan hər bir azərbaycanlı uzaq olmalıdır. Mitinq, piket və yürüşü icazə verilən yerlərdə keçirə bilərdilər. Şəhər mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil.

Təssüf... Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə və onları daxildəki tərəfdarları bu kimi addımlarla heç bir şeyə nail ola bilməzlər. Allah Azərbaycanımızı qorusun hər zaman!

Son xəbərlər