Tovuzda avtomobil vurması nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, bu, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğludur.
Onu Tovuzun Əlibəyli kəndində "VAZ 2106" markalı minik maşını vurub.
***
Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Yolu keçmək istəyən kişini avtomobil vurub. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.