Oktyabrın 18-də Mehdiabad qəsəbəsi ərazisində qorunan mənzillərin birindən Abşeron RMİ-yə həyəcan siqnalı daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərhal Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin ünvana gəlib.
Evdən oğurluğa cəhd göstərən qəsəbə sakini olan azyaşlı saxlanılaraq Mehdiabad PB-yə təhvil verilib.